Paşinyanın əleyhdarı yenə Yerevan küçələrində toplaşacaq

A- A A+

Ermənistan müxalifətinin "Vətənin Qurtuluşu" hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Yerevanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.

"Ordunun və respublikanın prezidentə təzyiqi davam edir. Bizim dəstəyimiz çox güclüdür.

Varlığımız, qətiyyətimiz, möhkəmliyimizlə nəticələr əldə edirik. Baqramyan prospekti mübarizə meydanımızdır, bura evimiz, səngərimizdir. Bu, qorumalı olduğumuz səngərdir. Ermənistanın siyasi gündəliyi burdan diktə edilir”, - İşxan Saqatelyan deyib.

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: