Ermənistanda qarşıdurma

A- A A+

Bu gün Ermənistanın müxalif Vətənin Xilası Hərəkatının İrəvanda 16:00-da mitinqi planlaşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan polisi mitinq zamanı təxribat ola biləcəyini istisna etmir.

Bu ərəfədə bəyanat yayan hüquq-mühafizə orqanı mitinqdə təxribatların baş verə biləcəyi barədə məlumat daxil olduğunu bildirib və kütləvi tədbirləri müstəsna qanunlar çərçivəsində keçirməyə, qanunsuz hərəkətlərdən çəkinməyə və təxribatlara uymamağa çağırıb.

Polisin qanuni səlahiyyətləri çərçivəsində ictimai asayiş və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyi qeyd olunur.

Beləliklə, müxalifətin mitinqinin alovlu keçəcəyi təqdirdə, kütləvi həbslər istisna edilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: