Çin Mars planetinin yüksəkölçülü şəkillərini yayıb - FOTOLAR

205

Çinin Milli Kosmos Administrasiyası "Tianwen-1" zondunun çəkdiyi Mars planetinin 3 yüksəkölçülü şəkilini yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Tianwen-1" zondu Mars planetinin 2 panxromatik ağ-qara fotosunu planetin səthindən 330-350 kilometr yüksəklikdən çəkib. Çinin Marsın tədqiqi missiyasının nümayəndəsi Liu Toncie bildirib ki, həmin fotolarda Qırmızı planetin bəzi diqqətəlayiq coğrafi xüsusiyyətləri əks olunub.

"Şəkillərdə Marsın relyefindəki kiçik kraterlər, dağ silsilələri aydın görünür", - deyən çinli mütəxəssis əlavə edib ki, şəkillərdən birində diametri təxminən 620 metr olan krater əks olunub.

Marsın şimal bölgəsində çəkilən rəngli fotoda isə 5 min kilometr məsafədə böyük ərazi görünür.

Qeyd edək ki, Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi ötən ilin iyulunda uğurla baş tutub. Marsın səthinin tərkibini, geoloji quruluşunu, meteoroloji mühitini tədqiq etmək üçün nəzərdə tutulan zond moduldan – orbital, enmə və gəzən aparatlardan ibarətdir. Zond müxtəlif araşdırmalar aparmaq üçün aparat 2 panorama kamerası, multispektral kamera, aşkarlayıcı radar, maqnetik detektor, meteoroloji ölçü alətləri ilə təchiz olunub. Zond hazırda yer səthindən 223 milyon kilometr məsafədədir. Zondun may və ya iyun ayında Marsın səthinə enməsi planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: