Ermənistanın müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb

A- A A+

Ermənistanın İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb. 

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb. 

Bildirilib ki, Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq Meydanında baş tutan mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib. 

Qeyd olunub ki, müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: