Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.
Nazirlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.