Türkiyədə Şırnak-Cizrə şosesinin 25-ci kilometrliyində yolun sürüşkən olması səbəbindən hərbi avtomobil qəzaya uğrayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, maşının çevrilməsi nəticəsində avtomobildəki hərbçilərdən 11-i yaralanıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Yaralılar üçün həyati təhlükə olmadığı bildirilir.