Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir

A- A A+

Türkiyə ərazisində baş verən zəlzələlər zamanı zədələnən binaların yenidənqurma işləri üçün bu günə qədər 16 milyard türk lirəsi məbləğində vəsait xərclənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib.

Məlumata əsasən, Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir. Bu ərazilər ölkə əhalisinin təxminən 71 faizini əhatə edir.

Son bir əsr ərzində axırıncısı İzmirdə olmaqla ölkə ərazisində ümumilikdə 57 böyük zəlzələ qeydə alınıb ki, bu yeraltı təkanlar zamanı 80 min nəfər həlak olub.

Türkiyə ərazisində həyata keçirilən “Riskli ərazilərin yenidən qurulması” layihələri İstanbul da daxil olmaqla demək olar ki, bütün ölkə ərazisini əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: