“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

A- A A+

“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, jurnalistlər “Microsoft”un dəstək xidmətinin nümayəndələrinin müraciətinə diqqət yetiriblər. Müraciətdə deyilir ki, “Windows” əməliyyat sistemi üçün yeni yeniləmə paketinin quraşdırılmasından sonra “Edge” brauzerinin köhnə versiyası sistemdən silinəcək. Aprelin 13-dən yayılmağa başlanacaq yeniləmənin quraşdırılmasından sonra artıq “Edge” brauzerinin klassik versiyasından istifadə etmək mümkün olmayacaq.

Həmçinin korporasiyanın nümayəndələri brauzerin klassik versiyasına dəstəyin dayandırılacağı müddəti açıqlayıblar. Martın 9-dan etibarən brauzer təhlükəsizlik yeniləmələri daxil olmaqla yeniləmələr almayacaq.

Yeni “Edge” brauzeri daha yaxşı təhlükəsizliyi və “Microsoft”un ekosistemi ilə uyğunluğu təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: