Ermənistanda əsgər anaları məmurları işə buraxmadı

A- A A+

Bu gün səhər saatlarında Ermənistanın Şirak bölgəsində İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları administrasiya binasını zəbt ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, əsasən əsgər analarının olduğu etirazçılar dinc aksiya keçirdiklərini bəyan edərək binaya daxil olublar. Onlar dəhlizə stullar düzməklə məmurların işə gəlməsinə mane olublar.

Aksiya səbəbindən administrasiyanın fəaliyyəti bir günlük dayandırılıb. Hakimiyyətin yalan vədlərindən bezdiklərini deyən valideynlər itkin düşən əsgərlərin taleyi ilə bağlı dəqiq cavablar tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: