Bu gün Ermənistan müxalifəti küçələrə çıxacaq

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyan əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

Qeyd edilir ki, Baqramyan prospektində yerli vaxtla saat 15:00-da növbəti mitinq keçiriləcək. Aksiyanın təşkilatçısı yenə “Vətənin qurtuluşu” hərəkatıdır.

Xatırladaq ki, Ermənistan müxalifəti ötən ilin sonlarından iqtidara qarşı etiraz aksiyaları keçirir. Paşinyan əleyhdarları baş nazirin istefaya getməsini tələb edirlər. Onlar bir neçə dəfə parlament binasının qarşısında çadırlar qurublar və orada gecələyiblər.

Baş nazir isə öz növbəsində istefa verməyəcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: