Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir

A- A A+

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında etiraz akiyası keçirir.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək xarakteri daşıyır.

İştirakçılar bütün keçmiş hərbçiləri və veteranları aksiyaya qoşulmağa çağırıb.

Xatırladaq ki, ötən həftə baş qərargah rəisi ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etmişdi. Bu addımı dövlət çevrilişi kimi qiymətləndirən N.Paşinyan Onik Qasparyanı vəzifədən azad etmişdi. Lakin ölkə prezidenti Armen Sarkisyan bu günədək O.Qasparyanın istefasını təsdiqləməyib.

Bu gün həmçinin müxalifətin də genişmiqyaslı aksiyası planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: