Bu gündən etibarən Türkiyədə həftəsonu qadağaları qismən yumşaldılır

A- A A+

Bu gündən etibarən Türkiyədə COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində tətbiq olunan həftəsonu qadağaları qismən yumşaldılır. Ölkənin bəzi bölgələrində bu məhdudlaşdırılmalar qismən, bəzilərində isə tamamilə aradan qaldırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq bildirdiyimiz kimi, Türkiyədə yenidən “nəzarətli normallaşma” - COVID-19-la bağlı qadağaların aradan qaldırılması mərhələsinə addım atılıb. Martın 2-dən etibarən Türkiyənin COVID-19-la bağlı vəziyyətə görə az və orta riskli vilayətlərində qadağaların yumşaldılması prosesi başlayıb. Ölkədə ənənəvi tədris sistemi, bir sıra dövlət qurumlarında iş qrafiki, kafe və restoranların fəaliyyəti (vaxt və müştəri məhdudiyyəti çərçivəsində) bərpa olunub.

Ölkədə COVID-19-a qarşı tətbiq edilən qadağalar arasında həftəsonları (cümə günü saat 21:00-dan bazar ertəsi 05:00-a qədər) evdən çıxma məhdudiyyətinə də şamil edilir. Bu gündən etibarən bu qadağa bölgələrdə yoluxma saylarına görə qismən və ya tamamilə aradan qaldırılır. Həftəsonu qadağası yüksək riskli bir çox vilayətlərdə olduğu kimi, İstanbul və İzmirdə bir müddət yalnız bazar günləri davam edəcək, paytaxt Ankarada isə tamamilə ləğv edilir.

Yumşaldılma tədbirləri yaşı 65-dən yuxarı və 20-dən aşağı olanlara aid qadağaları da əhatə edir. Belə ki, bu yaş qruplarına daxil olanların evdənçıxma saatları artırılıb. Yaşı 20-dən aşağı olanlara şamil edilən ictimai nəqliyyatdan istifadə qadağası da İstanbul daxil olmaqla bir sıra vilayətlərdə ləğv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: