Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır

A- A A+

Türkmənistan-Türkiyə münasibətlərinin inkişafı böyük əhəmiyyət daşıyır və ikitərəfli əməkdaşlıq bütün sahələr üzrə davam edir. İpək yolunun canlandırılması məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin rolu vacibdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib. Bununla bağlı tarix müzakirə olunub və görüş iyun-iyul ayları üçün nəzərdə tutulub.

Türkiyəli nazir bildirib ki, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistana nəzərdə tutulan səfəri çərçivəsində imzalanacaq sənədlər hər iki tərəf üçün önəmli olacaq.

Görüşdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: