Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır - İrəvanda gərginlik

206

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət geri çəkilmək istəmir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müxalifəti birləşdirən “Vətənin xilası naminə” hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Baqramyan meydanına növbəti mitinq təyin edib. Hərəkat mitinq iştirakçılarının aksiyadan sonra erməni əsgərlərin kütləvi məzarlığına – “Yerablur”a gedəcəyini bəyan edib.

Bu arada Qarabağda “xidmət edən” 120-dən artıq erməni hərbçi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyana dəstək nümayiş etdirib.
Bu barədə Ermənistanın "Aravot" qəzeti xəbər verir. Nəşr 124 zabitin Qasparyana dəstək bəyanatına imza atdığını qeyd edir.

Xatırladaq ki, bundan əvvəl prezident Armen Sarkisyan Baş Qərargah rəisinin istefası haqqında fərmanı imzalamaqdan imtina etmiş, lakin Onik Qasparyanın avtomatik istefasını nəzərdə tutan fərman layihəsini Konstitusiya Məhkəməsinə də göndərməmişdi.

Qanuna görə, qeyri-iş günləri nəzərə alınaraq, Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyət müddəti 9 martda başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: