İstanbulun su hövzələri və göllərində suyun miqdarı 60 faizi ötüb

A- A A+

Altı ay sonra İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən su hövzələri, eləcə də göllərdə suyun miqdarı 60 faizi ötüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, hazırda şəhəri su ilə təmin edən hövzələrdə doluluq miqdarı 60,37 faizə yüksəlib. Bu göstərici yanvarın 8-də 19,16 faiz təşkil edib. Bununla da şəhəri su ilə təmin edən hövzə və göllərdə doluluq səviyyəsi 524 milyon kubmetrədək artıb. Ən çox artım isə 72,09 faizlə ölkənin İstrancalar bölgəsində qeydə alınıb.

Qeyd edək ki, ötən il İstanbulda ən quraq il olub. Bu, bir çox problemlərlə yanaşı, şəhər ətrafındakı göl və su hövzələrinin qurumasına da səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: