G20 ölkələri rəqəmsal verginin tətbiqi ilə bağlı müzakirələr aparıb

A- A A+

G20 ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri ilə mərkəzi banklarının rəhbərləri qurumun hazırkı sədri İtaliyanın ev sahibliyi ilə videokonfrans formatında ilk yığıncağını keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, tədbirdə COVID-19-un yaratdığı səhiyyə və iqtisadi böhrandan mümkün qədər tez çıxmağın yolları müzakirə edilib. Yığıncaqdan sonra İtaliyanın iqtisadiyyat və maliyyə naziri Daniel Franko mətbuat konfransı keçirib.

G20 həmkarları ilə ilk toplantıda pandemiyadan sonra güclü və sağlam bərpa üçün qlobal iqtisadiyyat və siyasətlərə diqqət yönəldildiyini bildirən D.Frankonun fikrincə, yaxşılaşma kövrək prosesdir və qlobal çətinliklərə qarşı koordinasiyaya ehtiyac var.

Toplantıda internet üzərindən xidmət göstərən iri rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi mövzusu da müzakirə olunub. D.Franko transmilli rəqəmsal şirkətlərin minimal səviyyədə vergiyə cəlb edilməsini nəzərdə tutan qlobal sazişin tərəfdarı olduqlarını deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: