İstanbul hava limanı Avropanın ən çox reys həyata keçirilən aeroportu seçilib

A- A A+

İstanbul hava limanı ötən həftə Avropanın ən çox reys həyata keçirilən aeroportu seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aeroport məlumat yayıb. Bildirilir ki, bütün dünyada öz təsirini göstərən pandemiya şərtinə baxmayaraq, İstanbulun yeni hava limanından martın 1-7-də orta hesabla 551 reys həyata keçirilib.

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “Hava limanı sağlamlıq akkreditasiyası” proqramı çərçivəsində sertifikat alan ilk aeroport olan İstanbul hava limanı, eyni zamanda, keçən il sərnişin sayına (23 milyon 409 min 132 sərnişin) görə də Avropada birinci olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: