Ermənistan prezidenti Baş Qərargah rəisi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

A- A A+

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 10-dan Onik Qasparyanın tutduğu vəzifədən azad edilmiş sayıldığına dair bəyanat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: