Türkiyədə mikroavtobusun aşması nəticəsində ölən və yaralananlar var

A- A A+

Türkiyənin Batman vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində 2 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vilayətin Sason rayonunun Gürgenli kəndi ərazisində baş verib.

Mikroavtobusda şagirdlərin və tekstil fabriki işçilərinin olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanlardan beşinin vəziyyəti ağırdır. Yaralılar Batman dövlət xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: