Paşinyan baş qərargah rəisi vəzifəsinə yeni namizəd irəli sürüb

A- A A+

Ermənistan baş naziri Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə Artak Davtyanın namizədliyini irəli sürüb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu N.Paşinyanın mətbuat katibi bildirib.

Qeyd olunub ki, baş nazir bununla bağlı ölkə prezidentinə vəsatət təqdim edib.

Xatırladaq ki, Artak Davtyan 2018-2020-ci illərdə baş qərargah rəisi vəzifəsində işləyib. O, ötən ilin iyulunda karantin müddətində oğluna toy mərasimi təşkil etdiyi üçün istefa vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: