Yerə ilin ən böyük asteroidi yaxınlaşacaq

A- A A+

Martın 21-i saat 20:03-də Yer kürəsinə ən böyük “2001 FO32” asteroidi maksimal həddə yaxınlaşacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Amerikanın Milli Kosmik və Aviasiya Agentliyinin saytında bildirilib.

Məlumata görə, göy cismi Yerdən 2 milyon kilometr məsafədə uçacaq. O, 2021-ci ildə planetimizə yaxınlaşan ən böyük asteroid olacaq.

Göy cismi 2001-ci ilin martında kəşf edilib, Appolon qrupundandır. “2001 FO32” asteroidinin diametri 914 metrdir. Onun Yerə qeyri-adi 124 000 km/saat sürətlə yaxınlaşacağı bildirilib. Bu asteroid ulduzlar ətrafında bir dövriyyəsini 810 günə başa vurur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: