Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib

A- A A+

Martın 14-nə keçən gecə Yaponiya paytaxtının sakinləri şəhər üzərində odlu şar müşahidə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu odlu şar Tokio da daxil olmaqla Kanto regionunun səmasında gecə saat 3-dən sonra müşahidə edilib.

NHK telekanalının paytaxtın Şincuku rayonunda yerləşən kameralarında ekranın sağında yuxarı hissədə meydana gələn odlu şar aşağı sol küncə doğru hərəkət edib.

NHK telekanalının Tokionun Çyuo rayonunda yerləşən kameraları da buna bənzər kadrları qeydə alıb.

Mütəxəssislərin qənaətinə görə, yerli sakinlər yerin atmosferinə daxil olarkən yanan asteroid parçasını müşahidə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: