“WhatsApp”da səsli mesajları iki dəfə sürətləndirmək mümkün olacaq

A- A A+

"WhatsApp" messencerində səsli mesajların səsləndirilməsini iki dəfə sürətləndirmək mümkün olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, "WhatsApp"ın tərtibatçıları səsli mesajları sürətləndirməyə imkan verəcək seçimin messencerə tətbiqi üzərində işləyirlər. Səsli mesajların iki dəfə sürətləndirilməsi nəzərdə tutulur.

Məlumata görə, hazırlanma mərhələsində olan sözügedən funksiyanın "Android" və "iOS" əməliyyat sistemlərinə tətbiqinə bir neçə ay vaxt tələb olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: