“Nokia”nın yeni smartfonlarının təqdimat tarixi məlum olub

A- A A+

Finlandiyanın “Nokia” şirkəti bir neçə yeni smartfonu üçün təqdimat keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, “GSMArena” tərəfindən istinad edilən şəbəkə informatorları “Nokia”nın yeni məhsullarının ilkin siyahısını açıqlayıblar. Bu, “Nokia G10”, “X10” və “X20” cihazları olacaq. “G” seriyası başlanğıc səviyyəli telefonlar üçün, “X” seriyası isə orta səviyyəli qurğular üçün əsas olacaq.

“G10” modeli “MTK Helio P22” prosessoru ilə təchiz ediləcək. “5G” dəstəyinə malik olacaq “X10” və “X20” smartfonları müvafiq olaraq “Snapdragon 480” və “Snapdragon 690” prosessorları ilə təchiz ediləcək.

Təqdimat aprelin 8-nə planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: