Paşinyan Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi tapşırığını verdi

A- A A+

ArmVoice erməni teleqram kanalı təcili xəbər yayaraq qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya faşizminə xidmət göstərmiş erməni terrorçu Qaregin Njdenin Xocavənddəki abidəsini sökmək tapşırığını verib. 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumata görə, adıçəkilən erməni teleqram kanalının yazdığına görə, Paşinyan tapşırığını özünün sabiq mətbuat katibi Vladimir Karapetyan tərəfindən separatçı rejimə çatdırıb. Tapşırıq Araik Arutyunyana yönləndirilib və o da faşist Njdenin abidəsinin sökülməsinə razılıq verib. Belə ki, sözügedən məlumata görə, Nikol Paşinyan bu barədə qərar verərkən onun yaxın ətrafı verilən qərarın nəticəsinin yaxşı heç nə vəd etmədiyini bildiriblər.

"Lakin Paşinyan bəyan edib ki, onun üçün Əliyevlə münasibətləri yaxşılaşdırmaq ictimai rəyin düşüncəsindən daha önəmlidir",- deyə ArmVoice yazır.

Qeyd edək ki, daha əvvəlki məlumatlara görə, Qaregin Njdenin Xocavənddəki abidəsinin qalmasına Rusiya Sülhməramlılar Kontingenti də etiraz edib və bundan sonra həmin abidənin üzəri çadırla bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: