Ermənistanda müharibə vaxtı döyüş meydanından qaçan komandir həbs olunub

A- A A+

İkinci Qarabağ müharibəsində təlim taborlarının birinin komandiri əsgərləri döyüş meydanında qoyaraq qaçıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq komitəsi cinayət işi açıb.

Qeyd olunur ki, komandir İ.Vahanyan döyüş zamanı verilən əmrə tabe olmayıb və döyüş meydanını özbaşına tərk edib. Nəticədə taborun şəxsi heyəti böyük itkilər verib.

Hazırda həmin komandir həbs edilib. Cinayət işi ilə bağlı araşdırma davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: