Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək

A- A A+

Baş nazir Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyinin anonsunu edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Paşinyan Facebook səhifəsində yazıb.

“Mənim “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qagik Sarukyan ilə görüşüm başa çatdı. Görüş zamanı biz vurğuladıq ki, yaranmış daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu növbədənkənar parlament seçkiləridir. Ermənistan prezidenti ilə, “Mənim addımım” fraksiyası, “Işıqlı Ermənistan” fraksiyasının lideri Edmon Marukyanla söhbətlərim nəzərə alınaraq, növbədənkənar parlament seçkiləri bu il iyunun 20-də keçiriləcək”, - deyə Paşinyan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: