İrəvanda qocalar evinin sakinləri də aksiya keçirir - FOTOLAR
Ermənistanın paytaxtı İrəvan şəhərində qocalar evinin sakinləri etiraz aksiyası keçirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərə istinadla xəbər verir ki, aksiyaya səbəb, hökumətin İrəvandakı 1 saylı qocalar evi ilə Norkdakı qocalar evini birləşdirmək istəməsidir. Sakinlərdən biri Norkdakı qocalar evinin binasının satıldığını və ordakı yaşlıların İrəvandakı 1 nömrəli pansionata köçürüləcəyini qeyd edib.
“Biz buna qarşıyıq, çünki indi iki nəfər bir otaqda yaşayırsa, köçürüləndən sonra 3-4 nəfər bir otağa yerləşəcəkdir. Hamam otaqlarından istifadə etmək isə mümkün olmayacaq. Biz də insanıq və hüquqlarımız var", - sakinlərdən biri deyib.