Ermənistanın yeni Baş Qərargah rəisi: “Siyasi proseslərə qoşulmayacağıq”

A- A A+

“Əminəm ki, Silahlı Qüvvələr siyasi proseslərdə iştirak etməyəcək”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan söyləyib.

Məlumata görə, bu gün Nikol Paşinyan onu ali hərbi rəhbərliyə təqdim edib.

Xatırladaq ki, martın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında Ermənistan Prezidenti Armen Sarkisyana vəsatət təqdim edib. Martın 22-də Ermənistan Prezidentinin bu təyinatı Konstitusiya Məhkəməsində mübahisələndirmək müddəti başa çatdığına görə A.Davtyan Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: