Özbəkistan və Türkiyə hərbçilərinin birgə taktiki təlimləri keçirilir

A- A A+

Özbəkistanın Surxandərya vilayətindəki “Termez” poliqonunda Özbəkistan-Türkiyə planlı xüsusi taktiki təlimləri başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlər hərbi əməkdaşlıq haqqında ikitərəfli razılaşmaya əsasən keçirilir.

Hərbçilər 15 kilometrlik xüsusi taktiki sahədə döyüş elementləri, çətin şəraitdə sağ qalmaq bacarığı, nümunəvi güllə atıcılığı üzrə təcrübə mübadiləsi aparırlar.

Bundan başqa özbək və türk hərbçiləri arasında hərbi-məşq təlimləri və idman yarışları keçirilir.
Xüsusi taktiki təlimlər martın 27-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: