Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, tərəflər görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı məsələlərə toxunublar. Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətləri və bölgəsəl məsələlər müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: