Ermənistanda ABŞ vətəndaşına qarşı dələduzluq edən hərbçilər yaxalandı

A- A A+

Ermənistanın hərbi polisi vətəndaşlardan pul qoparmada və dələduzluqda şübhəli bilinən cinayətkar qruplaşmanı aşkarlayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərkibi hərbçilərdən ibarət olan qruplaşmanın üzvləri 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər hərbi xidmətlə bağlı müxtəlif səbəblər üzrə kömək bəhanəsi ilə ABŞ vətəndaşı N.T-dan 25 min ABŞ dolları alıblar.

Hərbi qulluqçular törətdikləri cinayətlə bağlı izahatlar veriblər.

Faktla bağlı cinayət işi başlanıb. Qruplaşma üzvlərinin sayı açıqlanmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: