ABŞ koronavirus xəstələrinin müalicəsi üçün dərman istehsalına başlayıb

A- A A+

Koronavirusa (COVID-19) qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı olan ABŞ-ın “Pfizer” şirkəti koronaviruslu xəstələrin müalicəsi üçün dərman istehsalına başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi “CNNTürk”ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, indi dərmanın ilk laboratoriya sınaqlarında ümidverici nəticələr əldə edilib. Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacaq dərman vasitəsi eyni zamanda, İİV və Hepatit C xəstəliklərin müalicəsində də effektiv olacaq.

Şirkətin mütəxəssisləri, həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən başqa dərman üzərində də çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: