Fevralda 58 mindən çox erməni ölkəni tərk edib

A- A A+

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan indi də sosial-iqtisadi çətinliklər məngənəsində sıxılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli media insanların yaşayış səviyyəsinin iki dəfə aşağı düşdüyünü yazır.
İrəvandan kənarda yaşayan ermənilərin vəziyyətinin sosial partlayış həddinə çatdığını yazan KİV, məqam düşdükcə sadə vətəndaşların normal həyat axtarışı üçün ölkədən qaçdığını qeyd edirlər:

"Təkcə fevral ayında 58 min 297 nəfər Ermənistanı tərk edib. Ölkədə mühacirət prosesləri sürətlənir. Pandemiyaya baxmayaraq fevralda Zvartnots və Şirak hava limanlarından 58.297 sərnişin xaricə uçub, 31.901 nəfər isə Ermənistana gəlib. Keçən ilin eyni dövründə 99.065 nəfər yola düşmüş və 96.970 sərnişin isə ölkəyə daxil olmuşdu. Hər iki halda çıxışla giriş arasında daha çox fərq yaranır. Lakin bu il, keçən ildən fərqli olaraq 3 min deyil, 26 min nəfərlik fərq yaranıb...

Bundan başqa əvvəlki illərdə Ermənistandan Rusiyaya bir tərəfli bilet 30-40 min drama alına bilərdisə, bu ilin fevral ayında eyni biletin qiymətləri həftə ərzində 200-450 min dram arası dəyişir", - deyə məqalədə yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: