Ermənistanın reanimasiya şöbələrində yer qalmayıb - Səhiyyə Nazirliyi

A- A A+

Ermənistanda koronavirusa gündəlik yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer qalmayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, hazırda ölkə üzrə reanimasiya şöbələrində 262 yerdən 259-u tutulub. Müalicə olunan koronavirus xəstələrinin 750-si ağır vəziyyətdədir, 63 nəfər isə süni nəfəs aparatına qoşulub.

Ötən gün Ermənistanda 1 164 yeni yoluxma qeydə alınıb. Bu günədək virusdan ölənlərin sayı 3 400-ə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: