İslamabadda Pakistan Günü münasibətilə hərbi parad keçirilib

A- A A+

İslamabadda Pakistan Milli Günü münasibətilə hərbi parad keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi, Quru Qoşunları komandanı general Qamar Caved Bacva, hökumətin üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hərbi paradda tank, radar və hava hücumundan müdafiə sistemləri, ballistik raketlər, helikopterlər, döyüş təyyarələri nümayiş etdirilib.

Arif Alvi bu münasibətlə Pakistan xalqını təbrik edib, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində görüləcək işlərdən danışıb. Dünya dövlətlərinin diqqətini Hindistanın Cammu və Kəşmirdə törətdiyi qanunsuzluqlara yönəldən dövlət başçısı deyib ki, biz bu bölgələrdə yaşayan insanlara həmişə dəstək olacağıq.

Dövlət başçısı Şərqi Asiyada sabitliyin qorunması üçün Kəşmir məsələsinin həllinin vacib olduğunu vurğulayıb.

Sonda Pakistanın müxtəlif əyalətlərindən gələn rəqs kollektivlərinin iştirakı ilə böyük konsert proqramı keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: