Türkiyədə baş verən torpaq sürüşməsi nəticəsində yeddi bina boşaldılıb

A- A A+

Türkiyənin Bursa vilayətində torpaq sürüşməsi baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə nəticəsində çökmə ehtimalına qarşı yeddi binanın sakinləri təxliyə ediliblər. 60 ailə təhlükəsiz bölgəyə köçürülüb. Hadisə nəticəsində binalar üçüncü mərtəbəyə qədər torpaq altında qalıb.

Bölgəyə çox sayda Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: