"Mercedes" "Tesla"ya rəqib olan yeni elektromobil təqdim edəcək

A- A A+

Almaniyanın "Mercedes-Benz" avtomobil konserni aprel ayında "Tesla"nın "Model S" avtomobilinə rəqib olacaq yeni elektromobilini təqdim edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu konsernin İdarə heyətinin üzvü Markus Şefer deyib.

Qeyd olunur ki, keçirilən sınaqlar avtomobilin əlavə enerjiyə ehtiyac olmadan 700 kilometr məsafə qət edə biləcəyini göstərib. Bundan əvvəlki elektromobillər 450 kilometr məsafə qət edirdi.

Şirkət nümayəndəsi bildirib ki, "Mercedes" gələn il 8 tam elektrikli avtomobil istehsal etməyi planlaşdırır.

Yeni avtomobilin təqdimat mərasimi aprelin 15-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: