İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən su hövzələri, eləcə də göllərdə suyun miqdarı 70 faizi ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsindən bildirilib.
Məlumatda qeyd edilir ki, hazırda şəhəri su ilə təmin edən hövzələrdə doluluq miqdarı 70,63 faizə yüksəlib. Artım son bir həftə ərzində 7,30 faiz təşkil edib. Bu göstərici yanvarın 8-də 19,16 faiz təşkil edib. Bununla da şəhəri su ilə təmin edən hövzə və göllərdə doluluq səviyyəsi 613,52 milyon kubmetrədək artıb. Ən çox artım isə 83,74 faizlə ölkənin Darlık su hövzəsində qeydə alınıb.
Qeyd edək ki, ötən il İstanbulda ən quraq il olub. Bu, bir çox problemlərlə yanaşı, şəhər ətrafındakı göl və su hövzələrinin qurumasına da səbəb olub.