"İstagram" sosial şəbəkəsinin işində ABŞ və bir sıra digər ölkələrdə qüsurlar müşahidə edilir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, ABŞ-dan olan istifadəçilərin 71 faizi sosial şəbəkənin xəbər lentində, 15 faizi hesaba daxil olan zaman, 12 faizi isə sayta daxil olan zaman problemlərlə qarşılaşıblar.
Bildirilir ki, sosial şəbəkənin işində qüsurlar, həmçinin Böyük Britaniya, Kanada və Almaniyada da qeydə alınıb.