İndoneziya, Sinqapur və ABŞ Sakit okeanın dibi ilə kabel çəkəcək

A- A A+

İndoneziya, Sinqapur və ABŞ kompaniyaları Sakit okeanın dibi ilə telekommunikasiya kabeli çəkəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Keppel Telecommunications, Telekomunikasi Indonesia, həmçinin “Facebook” kompaniyalarının martın 29-da yaydıqları birgə bəyanatında bildirilir. Kabel Cənub-Şərqi Asiya ölkələrini Birləşmiş Ştatlarla bağlayacaq.

2024-cü ilədək başa çatması gözlənilən Bifrost sistemi Sakit okeanda bu qəbildən ən böyük layihə olacaq. Uzunluğu 15 min kilometr olan telekommunikasiya kabeli Şimali Amerikanın qərb sahillərini İndoneziya, Sinqapur və Filippinlə birləşdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: