Ermənistanın baş naziri Nikol Paşinyan 20 aprel - 5 may tarixləri arasında istefa verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Paşinyanın aparat rəhbəri Arsen Torosyan “Sputnik Armenia”ya bildirib.
Onun sözlərinə görə, baş nazir parlamentin buraxılması və iyunun 20-nə təyin edilmiş erkən seçkilərin keçirilməsi üçün 20 aprel - 5 may tarixləri arasında formal olaraq vəzifəsindən istefa verməlidir.
“Bu müddət qanunla nəzərdə tutulub”, - deyə Torosyan vurğulayıb. O vurğulayıb ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı qərargahına Ərazi idarəetmə və infrastuktur naziri Suren Papikyan rəhbərlik edəcək.