Gürcüstanda keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub

A- A A+

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Bununla da seçkilərə rəsmən start verilib.

Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: