Tokio şəhərində tikintisi planlaşdırılan piramida layihəsi arxeoloji memarlığın bir nümunəsi hesab edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, bu üzən piramida 50 mərtəbəlidir və 750 min nəfər üçün nəzərdə tutulub.
Piramidanın içərisində yaşamaq üçün evlər, otel, əyləncə mərkəzləri və hətta nəqliyyat vasitələri olmaqla hər cür şərait var.
Bu "bir şəhər içərisindəki şəhərin" ölçüsü o qədər böyükdür ki, onu gəzmək üçün bir neçə gün lazım gəlir. Piramidanın daxilində liftlər, eskalatorlar və kompüterlə idarə edilən ekoloji cəhətdən təmiz nəqliyyatla hərəkət etmək olar.
Təbii fəlakət zamanı da piramida şəhər sakinlərinin etibarlı sığınacağına çevriləcək.