"Perseverance" (Əzmkarlıq) adlı planet roveri ilə birgə Marsa çatan "Ingenuity" (İxtiraçılıq) adlı helikopter Qırmızı Planetdə ilk sınaq uçuşunu 11 apreldən tez olmayaraq həyata keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) bildirib.
Uçuşun nəticələri barədə məlumatlar, əgər bu müddət ərzində baş verərsə, Yer kürəsinə növbəti gün - 12 aprel tarixində verilə bilər.
Bundan əvvəl ABŞ kosmik agentliyi uçuşun 8 aprel tarixində reallaşa biləcəyini bildirib.