“Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 2-dən özünütəcrid şəraitində işləyəcək”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu hökumət başçısının mətbuat katibi Mane Gevorkyan “RİA Novosti”yə bildirib.
“Aprelin 7-də Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşlə əlaqədar Nikol Paşinyan bu gündən özünütəcrid şəraitində işləyir. Baş nazirin şəxsi qəbulları və ictimai tədbirlərdə iştirakı gündəlik plana uyğun olaraq davam edir”,- o deyib.
Xatırladaq ki, Nikol Paşinyan aprelin 7-də Moskvaya səfər edəcək.