Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə İstanbul hava limanının əsas qülləsi mavi rəngdə işıqlandırılır

A- A A+

2 aprel - Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə dünyanın ən böyük aeroportlarından biri olan İstanbul hava limanının əsas - Hava Nəqliyyatının İdarəedilməsi Qülləsi mavi rəngdə işıqlandırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu təşəbbüsə İstanbul aeroportu ilə yanaşı, dünyanın daha bir neçə hava limanı da qoşulub.

Təşəbbüsün keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini autizmli şəxslərə cəlb etmək və bu problemlə üzləşənlərin gündəlik sosial həyatda daha fəal iştirakını təmin etməkdir. Bundan əlavə hava limanı tərəfindən sosial media platformaları vasitəsilə autizmə diqqət çəkmək məqsədilə #LightItUpBlue, #WorldAutismDay kimi bir neçə heşteqlarla müxtəlif paylaşımlar da edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: