İlin fəsillərinə görə dəyişən bina - FOTOLAR
İsveçrədə amerikalı Doug Aitkenin layihəsi ilə tikilən, xarici və içərisi aynalarla örtülmüş qeyri-adi bina ətrafdakı dağ mənzərəsini əks etdirdiyinə görə “Miraj” adlanır.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, birmərtəbəli evin sehri binanın yuxarıdan aşağıya güzgülərlə örtülməsi səbəbindən baş verir.
Ev fəsillər boyunca ətrafdakı mənzərəyə uyğun dəyişərək qışda qışı, yayda isə yayı xarakterizə edir. Binaya giriş həmişə açıq olduğundan, bu füsunkar mənzərəyə yaxından baxmaq istəyən ziyarətçilər güzgü simvolunu araşdırmaqda sərbəstdirlər.
“Miraj”ın içi də kaleydoskop effekti yaradan güzgülərlə bəzədilib.