Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhdarları aprelin 6-da saat 14:00-da növbəti etiraz aksiyası keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu üzrə hərəkat”ın koordinatoru İşxan Saqatelyan feysbukdakı səhifəsində bildirib.
İşxan Saqatelyan vətəndaşlara müraciət edərək, onları “pisliyin hakimiyyətdən uzaqlaşdırılması”, “milli və güclü dövlət üçün” mübarizəyə qoşulmağa çağırıb. Müxalifətçi, həmçinin ölkənin “təhlükəsizliyinin məhv edilməsinin”, Ermənistan ordusunun dağılmasının qarşısının alınması üçün onları aksiyaya dəvət edib.