“Erməni ordusu indi elə bir vəziyyətdədir ki, hər hansı bir ağlı başında olan insan revanş haqqında düşünməz”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan “Pozner” verilişinə müsahibəsində deyib.
“Buna görə də, vəziyyətə bu cür baxmalıyıq: münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq”,-deyə o bildirib.
Koçaryan Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib:
“Yeni hökumətin (Nikol Paşinyan hökuməti - Red) Ermənistana gəlişi ilə, erməni tərəfi yeni tələblər irəli sürməyə başladı və onlardan əvvəl olan hər şey sıfırlandı. Sonra separatçıların iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturu irəli sürüldü, sonra “Qarabağ Ermənistandır” və bununla da hər şey bitdi”.